Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Musiqiçilər qəzaya düşdü: Toy musiqisiz qaldı – GORANBOYDA

Hadisə nəticəsində 2 nəfər yaralanıb

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə rayonun Ağcakənd kəndində baş verib.
Kəlbəcər rayon sakini, 1976-ci il təvəllüdlü Ceyhun Telman oğlu Verdiyevin idarə etdiyi dövlət qeydiyyat nişanı “99-GB-781” olan “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü və onun sərnişini, Goranboyun Qaraçınar kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 1979-cu il təvəllüdlü Hümbət Çingiz oğlu Salahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Onlar el şənliyində iştirak edən musiqiçilər olub və toya gedirlərmiş.
Faktla bağlı araşdırma aparılır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir