Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Borjomi-Xaraqulsk qoruğunda yanğınların söndürülməsində iştirak edən Sərhəd Polisinin “Mi-8” vertolyotunun suya düşməsi ilə bağlı rəsmi məlumat yayıb.
APA-nın yerli bürosunun DİN-ə istinadla verdiyi məlumata əsasən, vertolyot süni göldən su götürərkən qəzaya uğrayıb.
Pilotların peşəkarlığı və operativliyi sayəsində böyük faciənin qarşısı alınıb. Vertolyotun 4 heyət üzvü Tbilisidə xəstəxanaya yerləşdirilib, həyatları təhlükə altında deyil. DİN-in məlumatında qeyd olunub ki, “Mi-8” vertolyotu avqustun 25-də yoxlamadan keçirilib və onun mühərriki tam qaydasında olub.
DİN faktla bağlı istintaqa başlayıb.