Belçikanın paytaxtı Brüsseldə bir nəfər şəxs çoxfunksiyalı bıçaqla hərbi patrula hücum edib.
Virtualaz.org bildirir ki, bu barədə “Mirror” nəşri ölkənin yerli mətbuatına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hücum edən şəxs öldürülüb. Hücuma məruz qalan əsgərlər zərər çəksələr də, ciddi xəsarət almayıblar.
Şahidlər bildiriblər ki, hadisənin baş verdiyi yer mühasirəyə alınıb, ora həkimlər gəlib.