“Bunlar dövlət işçisidir yoxsa killer?” – sahibkar canından bezib
“Mənim başqa yolum qalmayıb. Bütün hazırlıqlarımı görmüşəm. Özümü yandırmaq üçün əlimdə hər şey var. Mənə verməli olmadığım pulu ödəmək üçün təzyiq edib pulu almağa gəlsələr və yanidən həbsə atmaq istəsələr özümü yandıracam” – bu sözləri saytımıza inzibatı həbsdən yeni çıxmış “Kəndimiz” süd məhsulları satışı firmasının sahibi İlqar Həsənov deyib.
Son dərəcə əsəbi, gərgin olan sahibkar deyib ki, artıq dözümü qalmayıb: “Üstümə benzin töküb gözləyirəm. İki ay əvvəlcəşərləyib tutdular, indi də zəng edib məni yenə də hədələdilər. Deyirlər gətir 50 min dollar bu ver get işlə. Niyə verməliyəm ay qrdaş? Oyun keçirisiz gedir keçirin. Mənə nə ay qardaş, mənə nə. Mən demişəm gəlin burda Avropa Oyunları keçirin. Mən demişəm burda Avrovizyion keçirin. Mən xahiş etmişəm burda maşın yarışları keçirin. Bezmişəm vallah bezmişəm. Özümü yandırmazdan əvvəl sizə zəng vuracağam. Çəkin və hamıya göstərin ki, sahibkar haqsızlığa dözməyib özünü yandırır. Əvvəl həbs edirlər sonra deyirlər ki, səni bağışlayacağıq get pulu gətir işlə. Mənim bir sahibkar kimi başqa yolum qalmayıb. Nazirlər bütün biznes sahələrində monopoliyaya sahibdirlər. Onlara məxsus şirkətlər ancaq pul qazana bilər. Vergilərin Rəhim adlı işçisi deyir səni məhv edərik pulu verməsən. Bunlar dövlət işçisidir yoxsa killer? Mən də onlar öldürməkdənsə özümü yandıracam. 2 dəfə məni çağırdılar hədə qorxu gəldilər. Ölümə təhdid və korrupsiya ilə bağlı işi acmaqla hədələdilər. Mənə təzyiqlər var. Artıq bezmişəm. Bu gün səhər tezdən dövlət başçısına, baş prokurora teleqram vurdum. Belə davam etsə gedib Prezident Adminstrasiyasınınmı, alınmasa baş Prokurorluğun və ya hansasa səfirliyin qarşısında özümü yandıracağam”.