Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Söz azadlığı uğrunda mübarizəyə görə girov götürülənlər

Bir neçə gün əvvəl məhkəmədə Qənimət Zahidinin qohumları barəsində uzun müddətli həbs cəzası istənilib. Milli Şuranın sədri Cəmil Həsənli Facebook səhifəsində mətbuat nümayəndələrinə qarşı bu tip davranışa münasibət bildirib:cemilhesenli-300x225

“Dostlar! Ölkədə böyük qanunsuzluq, haqsızlıq və ədalətsizlik baş verir. Narkotikanın rəngini belə tanımayan sadə kənd adamları Rövşən və Rüfət Zahidovlara qarşı Bakı Ağır Cinayətlər Məhkəməsində böyük məharətlə absurd narkotik ittihamı “sübuta yetirilib”. Son məhkəmə iclasında prokuror onlara 8 il 6 ay iş istəyib. Siyasi mülahizələrlə keçirilən məhkəmə proseslərində topladığımız təcrübəyə əsasən deyə bilərik ki, yəqin hakim “humanistlik” göstərib Zahidovlara yeddi, yeddi il yarım həbs cəzası verəcək. Rövşən və Rüfət Zahidovların günahı heroin, həşiş, narkotika istifadəçisi olmaları deyil, hakim rejim üçün onlardan daha təhlükəli olan Qənimət Zahidin qohumları olmalarıdır. Onlar girovdurlar. Demokratiya girovları, azad sözün girovları, Avropada oturub Azərbaycan haqqında haqq sözü deyən, Azərbaycan hakimiyyətinin əli çatmayan Qənimət Zahidin girovlarıdır. Ölkənin hüquq sistemi elə rüsvayçı duruma salınıb ki, Emin Milliyə əli çatmayan hakimiyyət əvəzində onun qaynını, Günel Mövudun mətbu fəaliyyətinə görə qardaşlarını, Qənimət Zahidin azad söz davasında məğlub olanlar Rövşən və Rüfət Zahidovları girov götürməklə “hüquqi” dövlət yaradırlar. Yeri gəlmişkən bu yaxınlarda Azərbaycan prezidenti cənab İlham Əliyyev Almaniya kansleri Angela Merkellə keçirdiyi görüşdə bəyanat verdi ki, “Azərbaycan demokaratiyaya, insan hüquqlarının qorunmasına sadiqdir. Bu məsələləri həll etmək üçün son zamanlar bir çox addımlar atılıb və bu gün Azərbaycanda bütün azadlıqlar təmin olunub.” Görünür, Rövşən və Rüfət Zahidovlara dövlət adından çıxış edən prokurorun saxta narkotika ittihamı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində 8 il 6 ay iş istəməsi ölkəmizin “demokaratiyaya, insan hüquqlarının qorunmasına sadiqliyinin” daha parlaq bir nümunəsidir”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir