İyulun 20-də Bakı Apellyasiya Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin mühakiməsi davam edib. Hakim Əmir Bayramovun sədrliyilə keçirilən məhkəmədə dava düşüb.
Buna səbəb isə təqsirləndirilən şəxslərə çıxış etmək üçün imkan verilməməsi olub.
Təqsirləndirilən şəxslərdən bir neçəsi çıxış edəndə hökuməti tənqid edən fikirlər səsləndirdiyinə görə hakim onların çıxışını dayandırıb və məhkəmədə fasilə elan edib. Bir neçə dəqiqəlik fasilədən sonra geri qayıdıb çıxış üçün prokuror Ceyhun Budaqova söz verəndə bu, təqsirləndirilən şəxsləri hiddətləndirib. Onlar Əmir Bayramovun sədrlik etdiyi kollegiyaya etiraz ediblər. Sözlə etiraz nəticə verməyəndə onlar ayaqqabılarını çıxarıb hakimlərə atıblar.(azadliq.info)
Yenifakt.info
Müstəqil xəbərlər portalı