Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə Vüsal Ələkbərova hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərar da çıxarıb.
Hökmə görə, Vüsal Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib.
Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Movlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərar çıxarıb və həmin qərarın surəti icra olunması üçün aidiyyatı üzrə prokurorluğa göndəriləcək.
Qeyd edək ki, prokuror Vüsal Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini və rütbəsibin alınmasını istəmişdi.
Bildirək ki, “MTN əməliyyatı zamanı həbs edilənlər arasında hələ ki, məhkəməsi yekunlaşan və hökmü elan edilən yeganə zabit V.Ələkbərovdur.(musavat.com)