Regional Qadın Təşəbbüsləri İB Şəki şəhərində “Qadın hüquqları və gender” mövzusunda növbəti tədbirini keçirmişdir.
Regional Qadın Təşəbbüsləri İctimai Birliyi 05 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Regionlarda Qadın hüquqları və Gender mövzusu ilə bağlı seminarların təşkli: milli və beynəlxalq qanunvericilik imkanlarından istifadə mexanizmləri ilə bağlı maarifləndirmə tədbirləri” adlı layihə çərçivəsində “Qadın hüquqlarının müdafiəsi. BMT-nin Qadınlara qarşı ayrı – seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya. Azərbaycanda qadın hüquqlarının müdafiəsi mexanizmləri” mövzusunda Şəki şəhərində növbəti seminar keçirmişdir. Qeyd edək ki, layihənin məqsədi regionda gender bərabərliyinin qadınlar arasında təbliği, ictimai həyatda qadınların aktivləşməsinə nail olmaq, Gender haqqında beynəlxalq konvensiyalar və milli qanunvericilik imkanlrından istifadə mexaniznlərini izah etmək və hüquqi sənədlər haqqında maarifləndirmə işinin təşkilindən ibarətdir.
Tədbir Şəki şəhəri Nakam adına Mərkəzi kitabxanada keçirilmiş, burada tələbələr, təhsil və mədəniyyət işçiləri iştirak etmişlər. Layihə rəhbəri Mehriban Əhmədova tədbiri açaraq layihə haqqında iştirakçılara geniş məlumat verərək, qadın hüquqlarının qorunmasının bütün dünyada prioroitet olmasından, eyni zamanda gender bərabərliyinin ictimai və sosial həyatda vacibliyindən, xüsusilə idarəetmə sektorunda tətbiqinin zəruriliyini qeyd etdi.
Daha sonra təlimçi-ekspert Ruslan Əhmədov “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında Konvensiyasını və gender haqqında Azəbaycan Respublikasının qanununu izah etdi və bu qanunların qəbul olunması tarixləri haqqında məlumat verdi. Həmçinin O, gender siyasətinin gücləndirilməsi üzrə ölkə Prezidentinin fərmanı, milli mexanizmlərin hazırlanması və həyata keçirilən tədbirlər planı haqqında söz açdı.
Layihənin hüquqşünası Rasim Zeynalov əvvəlcə qəbul edilmiş qanunların verdiyi imkanlardan, o cümlədən bu qanunların verdiyi imkanları əldə etmək üçün prosedurlar haqqında ətraflı məlumat verdi. O, gender haqqında beynəlxalq təcrübələrdən misallar çəkdi. Daha sonra R.Zeynalov iştirakçıların suallarını cavablandırdı və suallara uyğyn olaraq mövzunun hüquqi tərəflərinə aydınlıq gətirdi.
Bundan sonra isə təbir iştirakçıları ilə qadınların qərarların qəbul edilməsində rolu mövzusunda qrup işi keçirildi. Qrup işinin nəticəsi olaraq, Nakam adına Mərkəzi kitabxananın işçisi Sadıqlı Yaqut, Yaqubova Dilbər və kollecin tələbəsi Rəsulzadə Aytac çıxış edərək bildirdilər ki, qızların təhsil alması və işləməsi üçün xüsusi qanunvericilik hazırlanmalı və tətbiq olunmalıdır, ailələr nigaha daxil olarkən onlara nigah müqaviləsi izah olunmalıdır, qadınlar üçün istirahət yerləri təşkil olunmalıdır, bələdiyyələrdə qadınlar üçün peşə kursları və maarifləndirici tədbirlər keçirilməlidir, kənd yerlərində tam orta məktəblər inkişaf etdirilməlidir və kəndlər arası marşurut xətti istifadəyə verilməlidir, qadınların həyat şəraiti yaxşılaşdırılmalıdır və biznes sahəsində çalışan xanımların sayı artırılmalıdır.
Yekunda iştirakçılarla seminarın qiymətləndirilməsdi keçirildi. Layihənin növbəti tədbirləri Tərtər, Bərdə və Ağdam rayonlarında keçiriləcəkdir.
Regional Qadın Təşəbbüsləri İB-nin Mətbuat Xidməti