Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Usubov dəhşətli işgəncə faktına niyə susur?

Sumqayıtdakı vəhşiliyə görəgünahkarlar cəzalanmalıdır

Mövcud hakimiyyət hər zaman xalqa sübut etməyə çalışıb ki, dünyanın hər yerində zülm əədirənib, insanların hüquqları pozulur və yeganə təhlükəsiz ölkə Azərbaycandır. AzTv-nin hər gün dünyanın müxtəlif yerlərindəki etiraz aksiyalarını, zəlzələləri, daşqınları, polis zorakılığını əks etdirən görüntülər tirajlaması da məhz bu siyasətin davamıdır. Amma reallıq tamam fərqlidir. Təəssüf olsun ki, Azərbaycanda işgəncə halları adiləşib və cəzasızlıq mühiti formalaşıbimages (83)

Hələ bir müddəəvvəl 14 saylı cəzaçəkməəssisəsində Elşad Babayev adlı soydaşımız vəhşicəsinə ÿdöyülərək öldürüldü. Bu hadisə böyük səs-küyəÿ səbəb olsa da günahkarlar məsuliyyətdən yayındırıldı. Üstəlik, Elşad Babayevin döyülərək öldürülməsinə etiraz edən dustaqlar da döyüldü, karserə salındı. Fevralın 12-də daha acınacaqlı bir hadisə baş verdi. Bu dəfə də 6 saylı cəzaçəkməəssisəsində 2 məhkumun döyülərək öldürüldüyü məlum oldu.

Ümumiyyətlə, həbsxanada işgəncə hallarının hökm sürdüyü, MTN-in təcridxanasında insanlara zülm edildiyi haqqında çoxlu faktlar var. MTN generalının gizli həbsxana saxlaması, MTN-in cinayət yuvasına çevrilməsi haqda ortaya çıxan faktlar da real vəziyyətə aydınlıq gətirir.

Amma görünən budur ki, bu kimi halların ictimailəşməsi, MTN-in cinayətkar generallarının həbs olunması “ənənə”ni ləğv etməyib. Yəni, insanlara qarşı işgəncəhalları, hüquqsuzluq, vəhşilik hələ də davam edir.

Iki gündür ölkə mətbuatı, sosial şəbəkələr Sumqayıtda baş vermiş tükürpədici hadisədən yazır. Belə ki, 22-23 mart tarixlərində Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. Polislər bu hadisə ilə əlaqədar günahsız bir vətəndaşı tutub, cinayəti zorla onun boynuna qoymaq istəyiblər. Polis idarəsində həmin günahsız vətəndaşa saatlarla işgəncələr verilib, cinayəti boynuna alması tələb olunub. Sonda isə məlum olub ki, bu şəxs həqiqətən də günahsız imiş. Bu işgəncəni gizlətmək üçün isə polis rəisi vətəndaşı hədələyib, susmasını tələb edib. Işgəncəyə məruz qalmış şəxsin danşdıqlarından, bədənindəki xəsarətlərdən də aydın görünür ki, polislər bu adamla düşmən əsiri kimi davranıblar.

Amma Sumqayıtda dəətli bir hadisə baş verib və adekvat reaksiya hələ də yoxdur. Normal bir ölkədə belə hadisənin ictimailəşməsi ölkəni silkələyərdi. Daxili Işlər Naziri Ramil Usubov açıqlama verməli, bu adamlar cəzalandırılmalıydı. Faktiki olaraq DINəməkdaşları quldur dəstəsi kimi fəaliyyət göstərib.

Görünür, MTN-də baş verənlər DIN üçün dərs olmayıb. Amma DIN rəhbərliyi dəbilməlidir ki, belə işgəncə halları onların aktivinə yazılır. Hacı Məmmədov işindən xeyli müddət ötüb və yenə də iyrənc ənənələr davam etdirlir. Bir cinayətin üstü açılmırsa, bunu günahsız insanların boynuna yıxmaq lazımdır? Bu hansı kitabda, hansı qanunda yazılıb? Vətəndaşın təhlükəsizliyinə təminat verməli olan adamlar, təhlükəmənbəyinə çevrilibsə, dərhal cəzalanmalıdır. Polis idarəsi işgəncə yuvasıdırsa, polisin vətəndaşı vəhşicəsinə döymək hüququ varsa, bunu ictimaiyyətə açıqlayın. Əgər belədeyilsə, bu halların qarşısı alınsın. Bugünlərdə polislə əməkdaşlığa cəlb olunmuş 226 mülki şəxs belə hallardan dərs götürməlidir?

Məhz belə hallara görə cəmiyyətdə polisə münasibət birmənalı deyil. Elə buna görə dəpolislə əməkdaşlıq edənlərə cəmiyyətdə mənfi münasibət var.

Bir sözlə, Sumqayıtda baş verən hadisə onu göstərdi ki, polis sistemində ciddi boşluqlar və buna şərait yaradılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir