Qətərə embarqo tətbiq edilməsinin düzgün addım olmadığını düşünürəm.
Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif almaniyalı həmkarı Ziqmar Qabriellə görüşü zamanı söyləyib.
O, Səudiyyə Ərəbistanı başda olmaqla, Qətərlə diplomatik və ticarət əlaqələrini kəsən ölkələrə müraciət edib:
“Bu məsələdə Almaniyanın mövqeyini dəstəkləyirəm. Artıq Qətərə tətbiq edilən embarqoya son qoyulmalı, Küveytin vasitəçilik cəhdləri qəbul edilməlidir. Bu böhran uzandıqca aradakı ixtilaf daha da dərinləşəcək”.
Axar.az