Görüş barədə məlumatı Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva fb səhifəsində yayıb:
“Bu gün Gürcüstanın prezidenti Girogi Marqvelaşvili ilə görüşdük. Margvelaşvili Gürcüstanın baş naziri Kvirikaşvilidən fərqli olaraq Əfqanın oğrulanması ilə bağlı obyektiv mövqe nümayiş etdirib. Görüşdə də dedi ki, prezident administrasiyası Əfqanın oğurlanması ilə bağlı açılan cinayət işini yaxından izləyirlər və mövqelərini daha da netləşdirəcəklər.”