Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Müdafiə Nazirliyi: Düşmənin 5 hərbi qulluqçusu məhv edilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dünən cəbhədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ölümü ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətindən  sorğusuna cavab olaraq bildirilib ki, düşmən tərəfi rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri – Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib: “Beləliklə də dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib.

Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.

Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir