Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

İsveçdə partlayış törədənlər Rusiyada hazırlıq keçiblər

İsveçin Geteburq şəhərində törədilən partlayışda adı hallandırılanlar Rusiyada hərbi hazırlıq keçib. Bu barədə prokuror Mats Yunqkvist danışıb.
Onun sözlərinə görə, 20, 23 və 50 yaşlarında olan şübhəli şəxslər radikal milli-sosialist təşkilatı olan “Şimal müqavimət hərəkatı” ilə əlaqədə olublar. Bundan əlavə, müttəhimlərdən ikisi Sankt-Peterburq yaxınlığında “Rusiya imperiya hərəkatı” ultramillətçi qrupun düşərgəsində təlim keçib.
Qrupun rəhbəri Stanislav Vorobyov İsveçdə olub. Təşkilat həmçinin “Şimal müqavimət hərəkatı”na pul köçürüb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir