“Maşın Şou”nun bügünki oyunu da qalmaqalla başlayıb. Belə ki, qutudan müğənni Nadir Qafarzadənin şəkli çıxıb. Rəqqasə Oksana Rəsulova əminliklə qeyd edib ki, müğənni onu qarşıdurmaya çıxartmayacaq:
“Bu gün mənim üçün 8 iyun yox, 8 martdır. Çünki Nadir mənə dedi ki, səni səsverməyə çıxartmayacam”. Bir qədər sonra Nadir Qafarzadə qarşıdurmaya sənətçi Sərxan Kərəmoğlunu çıxarıb. Müğənni sənətçinin davranışlarını bəyənmədiyi üçün bu cür seçim etdiyini bildirib:
“Sərxana dedim ki, qadını təhqir etmək kişiyə yaraşmır, nə olursa olsun. Onun davranışları mənim xoşuma gəlmir və ona dedim ki, qarşıdurmaya səni çıxardacam”.
Sərxan Kərəmoğlu bu seçimin ona qarşı haqsızlıq olduğunu deyib:
“Bir nəfərin üzərinə üç dəfə getmək haqsızlıqdır. Qadınlara belə demə, nə bilim… sənə çınqıl kimi bir şey lazımdır ki, atom bombası kimi partlayardın. Mənə deyilən sözlərin yüzdə biri sənə deyilsəydi, sən burda qan salardın. Səni mən özümə dost bilirəm, sən məni çıxarda bilməzsən. Cəsarətin var bir nəfəri çıxart”. Sənətçi bu sözləri deyərək maşından əlindən çəkib və beləliklə şounu tərk edib. Onun bu davranışı şounun aparıcısı Murad Dadaşov üçün gözlənilməz olub. Aparıcı “sizin getməyinizə bir ciddi səbəb yox idi” deyə münasibət bildirib.
Qeyd edək ki, bundan əvvəl 3 nəfər də əlini maşından çəkərək şounu tərk etmişdi. Onlar müğənni Üzeyir Mehdizadə, prodüser Tolik, rejissor Kənan Mahmudovdur.