Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Sabiq deputat Fərhad Qəribovun ailəsində faciə

Bakının Binəqədi rayonunda gənc qadınının ölümü ilə bağlı bəzi detallar məlum olub.

Missiya.Az-ın əldə etdiyi məlumata görə, özünü 8-ci mərtəbədən yerə atan 1993-cü il təvəllüdlü Lamiyə Rafiq qızı Qəribova  sabiq deputat Fərhad Qəribovun qardaşı qızıdır. Qadının əmisi Fərhad Qəribov Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olub. L.Qəribova iki uşaq anasıdır.

Hadisə rayonun 8-ci mikrorayon ərazisində yerləşən binalardan birində qeydə alınıb. O, yerindəcə keçinib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.

Qeyd edək ki, L.Qəribova bu gün dəfn olunub. Yas mərasimində Fərhad Qəribov da  iştirak edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir