Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Ötən ay nikah üçün müayinədən keçən 301 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb

Bu ilin aprel ayında nikaha daxil olmaq istəyən 9 653 nəfər tibbi müayinədən keçirilib.
Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan ötən ayın sonuna qədər müayinədən 268 174 nəfər keçib.
Aprel ayı ərzində müayinədən keçən 301 nəfərdə talassemiya daşıyıcılığı, 40 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS aşkar olunub.
Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir