Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu əldə edib

Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazanıb.

“Report”un məlumatına görə, 35 yaşlı müdafiəçi “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının sükanı arxasında vaxtından əvvəl çempionluq sevinci yaşayıb.

U-19 Liqasının bu gün keçirilən XXXI tur matçında Ağdam təmsilçisi “Qəbələ” ilə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksinin futbol meydanında keçirilən görüş Sadıqovun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 84-ə çatdıran “Qarabağ” ən yaxın izləyicisi “Qəbələ”ni 10 xal geridə qoyub. Sona 3 tur qaldığından, “qırmızı-qaralar” üçün bu fərqi aradan qaldırmaq mümkün olmayacaq.

Qeyd edək ki, Rəşad Sadıqov “Qarabağ”ın U-19 komandasına cari mövsümdən rəhbərlik edir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir