Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

İTV-nin Yayım Şurasına yeni sədr seçilib

Bu gün, aprelin 18-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin yayım şurasının toplantısı keçirilib.

İTV-nin press-relizində deyilir ki, toplantıda Yayım Şurasına sədr seçkiləri keçirilib.

Şura yekdil qərarla Muxtar İmanovu Yayım Şurasının sədri seçib. Seçkidə onun alternativlərinin olub-olmaması barədə bilgi verilmir.

İndiyədək İctimai Televiziyanın Yayım Şurasına Cahangir Məmmədli rəhbərlik edirdi.

Bir neçə gün əvvəl ölkə parlamenti İTV-nin Yayım Şurasına yeni üzvlər də seçmişdi.

Növbəti mərhələdə Yayım Şurası İTV-yə baş direktor seçməlidir.

Bir həftə əvvəl isə Milli Televiziya və Radio Şurası (MTRŞ) İTV-nin baş direktoru vakansiyası ilə bağlı müsaqbiqə elan edib.

İTV-yə rəhbərlik etmək istəyənlər sənədlərini 12-22 aprel tarixləri aralığında Teleradio Şurasına təqdim etməlidir.

Azərbaycanda İctimai Televiziya Avropa Şurasına üzv olarkən götürülən öhdəliklərə uyğun olaraq 2005-ci ilin avqustunda yaradılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir