Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Əmanətlərin 82 faizə qədəri xarici valyuta ilə qoyulub

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, fevralın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalaraq 7747,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AzərTAC-a verilən məlumata görə, əmanətlərin 81,2 faizi xarici, 18,8 faizi isə milli valyutada qoyulub. Əmanətlərin 76 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilib.

Fevral ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,79 (ilin əvvəlindən 1,80) manata, 1 avroya 1,90 manata (1,92), 100 rus rubluna 3,06 manata (3,04) bərabər olub.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında demişdi ki, manat dünya valyutaları arasında ən sabit valyutalardan biridir.

Prezident xarici vətəndaşlara və iş adamlarına səslənərək öz yatrımlarını manatla qoysalar uduzmazlar demişdi.

“Hesab edirəm xarici ölkə vətəndaşları, xarici şirkətlər öz vəsaitlərini manat hesablarında saxlasalar uduzmazlar” deyə dövlət başçısı vurğulamışdı.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir