Güclü külək bölgələrdə xeyli fəsad törədib. Evlərin damı uçub, ağaclar aşaraq elektrik xətlərini qırıb. Bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Evin damı uçub, ağaclar və elektrik xətləri qırılıb. Güclü külək bölgələrdə fəsad törədib.
Ötən axşam əsən güclü külək Ağstafada rayon mərkəzində ağacların budaqlarını qıraraq yerə töküb. Qırılan budaqlar mağazalardan birinin dam örtüyünə zərər vurub.
Rayonun Qırlı kəndində isə Röyal əsgərova məxsus evin yardımçı hissəsinin dam örtürüyünü külək tamamilə uçurub. Hadisə zamanı əsas evin dam örtüyünə və həyət qapısına da ziyan dəyib.
Güclü külək Goranboyda da bir sıra fəsadlar törədib. Saat 20-radələrindən güclənən külək iri gövdəli ağacları elektirik xətlərinin üzərinə aşırıb. Nəticədə 10-dan artıq kənd işıqsız qalıb. Goranboy Elektirik şəbəkəsinin əməkdaşları gecə saatlarından ərazidə təmir bərpa işlərinə başlayıb.
Mütəxəssisin sözlərinə görə, yüksək gərginlikli hava xətlərinin sıradan çıxması nəticəsində Zeynallı, Nərimanlı, Məşədiqaralar, Balakürd, Boluslu, Qızılhacılı, Yeni yol, Safıkürd kəndlərinə elektirik enerjisinin verlişində fasilələr yaranıb. Goranboy Elektirk Şəbəkəsindən verilən məlumata görə, günün ikinci yarasında adıçəkilən kəndlərə elektirik enerjisinin verilişi bərpa edilib.