Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Trampın qızı da Ağ Evə daşınır

Trampın 35 yaşlı qızı İvanka Tramp Ağ Evə yerləşmək haqqında qərar verib. O, iqamətgahın qərb qanadındakı bürosuna daşınacağını deyib.

Trampın rəsmi bir vəzifəsinin olmadığını, ancaq gizli şəkildə qiymətləndirilən məlumatlara giriş hüququ olduğunu deyən vəkili Jamie Gorelick ona maaş ödənməyəcəyini bildirib. Vəkil bütün hökumət səlahiyyətliləri üçün tətbiq olunan etik qaydaların onun üçün də keçərli olacağını söyləyib.

Gorelick Trampın and içməyəcəyini də qeyd edərək “Prezidentin böyük qızının hökumətdə aktiv şəkildə iştirak etməsi yeni bir durumdur” deyib.

Vəkil Trampın yalnız qadınları maraqlandıran mövzularda deyil, geniş bir müstəvidə atasının “gözü, qulağı” olacağını vurğulayıb.

Atasıyla illərdir birlikdə çalışan İvanka Tramp onun prezident kreslosuna oturmasından sonra tez-tez Ağ Evdəki yığıncaqlara qatılır. O, Kanadanın Baş naziri Justin Trudeau və Almaniyanın Baş naziri Angela Merkelin Vaşinqton ziyarətləri zamanı da danışıqlarda iştirak etmişdi. İvanka Trampın həyat yoldaşı Jared Kushner də Ağ Evdə prezident müşaviri olaraq çalışır.

azadliq.info

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir