Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Azərbaycan çempionatı: “Neftçi” “Qəbələ”ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura “Neftçi” – “Qəbələ” matçı ilə yekun vurulub.

“Report”un məlumatına görə, “Bakcell Arena”da keçirilmiş turun mərkəzi görüşünün taleyini bir qol həll edib.

39-cu dəqiqədə Namiq Ələsgərov dəqiq zərbə ilə “Neftçi”yə qələbə qazandırıb – 1:0. Beləliklə, turun bütün qarşılaşmaları meydan sahiblərinin minimal hesablı qalibiyyəti ilə yekunlaşıb. Bunadək “Kəpəz” “Zirə”ni, “İnter” “Sumqayıt”ı, “Qarabağ” isə AZAL-ı bir qolla üstələyib.
Bu məğlubiyyətdən sonra “Qəbələ” liderliyi əldən verib. Əvəzində “Qarabağ” 48 xala 1-ci pilləyə yüksəlib və ən yaxın izləyicisini 2 xal geridə qoyub. “Neftçi” isə xallarını 23-ə yüksəldərək, yenidən 6-cı pilləyə qayıdıb.

Azərbaycan Premyer Liqası
XXII tur

14 mart (çərşənbə axşamı)
17:00 “Qarabağ” – AZAL – 1:0
Qol: Dino Ndlovu, 68

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Xaqani Məmmədov

“Azersun Arena”
İlk 3 dövrə – 6:0, 1:0 və 2:1

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir