Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Fikrət Cəfərli: Hökumət vətəndaş cəmiyyətinin son qalasını çökdürdü

İnsan Hüquqları və Qanunların Təbliği İB-in sədri Fikrət Cəfərli vətəndaş cəmiyyətinin üzvlərinə müraciət edib.

F.Cəfərli Mediafakt-a göndərdiyi müraciətdə qeyd edir: “Heç kimə sirr deyil ki, “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyanın bu qədər diqqət mərkəzində olması onun cəmiyyətin bütün təbəqələrini özündə birləşdirməsiylə bağlı idi.

Bu təkcə MHŞT-in cəmiyyət üçün aktuallığı ilə bağlı deyildi, o həm də əzilməkdə olan VC-i İnstitutun ayaqda durması üçün müəyyən qədər imkanlar yaradırdı və hakimiyyət də bunu çox gözəl anlayırdı.

Çox təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti Boqota uğursuzluğunu normal təhlil edib nəticə çıxarmaq əvəzinə, əlinə düşən fürsətdən istifadə edərək bilərəkdən emosional qərar verməklə MHŞT-dən çıxdığını bəyan etdi.

Bununla da məqsədli şəkildə VC-in demək olar ki, son qalası olan böyük bir Koalisiyanı da çökdürdü. Amma hakimiyyət bir şeyi unudur ki, inkişaf etmiş ölkələrin inkişaf səviyyəsi, açıq cəmiyyətin formalaşmasında insan hüquqlarının təminat məsələsi indiqator rolunu oynayır. Siyasi məhbuslu ölkələr, cəmiyyətlər nə siyasi, nə də iqtisadi baxımdan sabit ölkələr ola bilər. Sabit olmayan cəmiyyətlər də təbii ki, əllərinə düşən ilk fürsətdən yararlanaraq fəaliyyətdə olan hakimiyyətləri devirirlər. Necə deyərlər, seçkisiz hakimiyyətlə seçkisiz dəyişmələr gündəmin mövzusuna çevrilir.

Görünür, Azərbaycan hakimiyyəti MHŞT və digər hesabatlı beynəlxalq təşkilatlardan müxtəlif bəhanələrlə çıxmaqla ölkədə yığılıb qalan problemlərin həllini onlardan kiminsə soruşmağını həzm edə bilmir. Eynən Şimali Koreya kimi nə özü ölkədə islahat aparır, nə də ki ağıllı təklifləri qəbul edir.

Bu bilirsinizmi nəyə bənzəyir: “Nə investorum var, nə də investisiya qoya bilirəm. İxrac və istehsaldan da umumiyyətlə heç danışmağa dəyməz, amma iqtisadi inkişafdan danışa bilərəm” kimi bir şeydir.

Azərbaycan hamımızın vətənidir və onu gələcək nəsillərə yuxarıdakı qeyd edilən problemlərlə qoya bilmərik. Hamımız əlimizdən gələni etməliyik ki, yuxarıda qeyd etdiyimiz problemlər tədricən həll olunsun.

Hesab edirəm, bunun üçün də yubanmadan UY çağırıb növbəti mərhələyə addımlamalıyıq”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir