Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında yeni aviareys açılır.
Loukoster “Air Arabia” aviaşirkəti martın 16-dan etibarən Şarca-Bakı-Şarca marşrutu üzrə uçuşlar həyata keçirəcək.
Şarcadan uçuş yerli vaxtla 9:00-da, eniş isə 11:55-də həyata keçirilcək. Reyslər həftənin 4 günü – çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri təşkil ediləcək. Elə həmin günlər Bakıdan da uçuşlar olacaq. Təyyarə paytaxtımızdan Şarca istiqamətində 12:35-də havaya qalxacaq, 15:15-də isə Bakıya enəcək.
Şarca-Bakı-Şarca marşrutu üzrə biletin qiyməti təxminən 430 manat təşkil edəcək.