Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib. Həftənin açılış oyununda AZAL klubu “Neftçi” komandasını qəbul edib.
Şüvəlanda baş tutan görüşün taleyini bir qol həll edib. Matçın 4-cü dəqiqəsində qonaqların ispaniyalı hücumçusu Daniel Seqoviyanın vurduğu qol “Neftçi”yə qələbə qazandırıb.
Bu qalibiyyətdən sonra “Neftçi” xalını 20-yə çatdırsa da, turnir cədvəlində 6-cı, AZAL isə 8 xalla 8-ci pillədə qalıb.
Azərbaycan Premyer Liqası, XX tur
AZAL – “Neftçi” – 0:1
Qol: Daniel Seqoviya, 4
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev Hakim-inspektor: Vüsal Əliyev
“AZAL Arena”
İlk iki dövrə – 0:2, 1:0