Ümid Partiyası sədrinin gender məsələləri üzrə müavini Həcər Abbaslı vəzifəsindən və partiya sıralarından istefa verib.
Bu barədə H.Abbaslının özü məlumat verib. O, istefasının səbəbini partiya daxili qərarların demokratik yolla qəbul edilməməsi, idarəçiliyin üzvlərin ictimai siyasi təcrübəsi, fərdi potensialı, prespektivi və ümumkomanda maraqlarının əsasında deyil, sədrin şəxsi münasibətləri zəmnində aparılması ilə əlaqələndirib.
“Qərarımı qətiləşdirən başqa bir fakt Azərbaycan Respublikası Milli Məclisinə 2016 ci il 18 İyun təkrar seçkilərində iştirak etmək istəyim və bu qərarımın partiya sədri tərəfindən rədd edilməsi, həmçinin sədrin özünün namizədliyini partiya rəhbərliyi və üzvləri ilə müzakirə etmədən gizli şəkildə irəli sürməsi olub.
Bəyan edirəm ki, bu gündən müxalif partiya imitasiyasında, cəmiyyətimizdəki demokratik inkşaf prosesində iştirak imitasiyasında rol almağı deyil, dövlətimiz və millətimiz naminə müstəqil siyasi fəaliyyətə başlamağa qərar verirəm”.