Gömrükdə rəsmiləşdirmənin şəffaflaşması, idxalda inhisarçılığın azalması ilə əlaqədar olaraq yeyinti məhsullarının idxalı rəqəmlərdə artır.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin Yanvar ayında Azərbaycana 76 milyon 506.89 min dollarlıq yeyinti məhsulları idxal olunub. 2016-cı ilin Yanvarında xaricdən 62 milyon 484.38 min dollarlıq yeyinti məhsulları idxal etmişdik.
Meyvə-tərəvəz, buğda və şəkər Azərbaycanda ən çox valyuta çıxmasına səbəb olan yeyinti məhsullarıdır.