Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Polislə ailəsini qətlə yetirən azərbaycanlılar – “Qorxudan hamısını öldürdük”

ssRusiya mətbuatı DİN-in Samara vilayəti üzrə Baş qərargah rəisinin müavini Andrey Qoşt və 5 ailə üzvünü xüsusi qəddarlıqla öldürən azərbaycanlılar barədə məlumat yayıb.

Polis polkovnikinin qətlində şübhəli bilinənlərdən biri İslam Babayevin ən böyük arzusu Federal Təhlükəsizlik Xidmətində işləmək olub. Bu barədə məlumatı saxlanılan şəxsin sevgilisi Angelina verib. Onun sözlərinə görə, İslam əvvəl tikintidə işləyib. Sızranidə isə avtoyumada çalışıb. Angelinanın sözlərinə görə, nə İslam, nə də digər şübhəli Orxanın belə bir hərəkət etdiyinə inanır:

“İslam dəqiq bunu edə bilməzdi. Nə o, nə də Orxan. Onlar dava edə bilərdilər. Lakin 6 nəfəri belə qəddarlıqla qətlə yetirmək, üstəlik balaca uşağı, ola bilməz. Hər ikisinin qardaşı uşaqları var, İslam isə uşaqları xüsusən çox sevir”.

Digər şübhəli Roman Fətəliyevlə bağlı isə “5-ci sinifdə sinif yoldaşlarının pullarını götürüb, müqavimət göstərənləri isə döydüyü” yazılır. 23 yaşlı Fətəliyevin məhz bu səbəbdən keçmişdə hüquq-mühafizə orqanlarına düşdüyü qeyd edilir. Belə ki, 2007-ci ildə 14 yaşı olarkən dostu ilə birgə şagirdlərdən birinə yaxınlaşaraq yumruqla ona zərbə endirib və 300 rubl tələb edib. Daha sonra pul verməkdən imtina edən məktəblini döyür və şagird xəstəxanaya düşür. Müttəhimlər kürsüsündə əyləşən 14 yaşlı Fətəliyev günahkar bilinərək 2 il azadlıqdan məhrum edilir və cərimə yazılır.

Onu da əlavə edək ki, Fətəliyev polis və ailəsinin qətli ilə bağlı ifadə verib. O, mənzilə qətl üçün deyil, oğurluq məqsədi ilə daxil olduğunu deyib: “Oğurluğa girmişdik, elə alındı ki öldürdük. Elə bilirdik evdə iki nəfər var, əslində isə çox adam vardı. Qorxudan hamısını öldürməli olduq”.

Qətldə şübhəli bilinən digər azərbaycanlı Orxan Zöhrabov daha əvvəl qoyun oğurluğuna görə həbsdə yatıb.

Xatırladaq ki, polis və onun ailəsinin 5 üzvü 23-24 apreldə xüsusi qəddarlıqla – armatur parçaları ilə qətlə yetirilib. Ailədən ancaq polisin 7 yaşlı qızı Sofiya sağ qalıb. O, ağır kəllə-beyin travması alıb.

Onu da qeyd edək ki, saxlanılan 3 şübhəli haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib. Qətldə şübhəli bilinən digər azərbaycanlı Məhəmmədəli Əhmədov isə axtarışdadır. İnterpola verilən Əhmədovun məhz qətlin təşkilatçısı olduğu iddia edilir.

/Qafqazinfo.az/

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir