“Nokia” brendinə sahib olan Finlandiyanın “HMD Global Oy” şirkəti “Mobile World Congress” sərgisində vaxtilə məşhur “Nokia 3310” mobil telefon modelinin müasir versiyasını təqdim etməyi planlaşdırır. 2000-ci illərin əvvəlində məşhur olan telefonun qiyməti 59 avro təşkil edəcək.
Şirkətin məlumatında bildirilir ki, nostalji hisslər yaşadacaq “Nokia 3310” müştərilər tərəfindən ikinci telefon kimi əldə ediləcək.
Bundan başqa, sərgidə Nokia 3 (€149), Nokia 5 (€199) və Nokia 6 (€249) smartfon modelləri də təqdim ediləcək.