Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Manatın güclənməsi müvəqqətidir – Natiq Cəfərli

Manatın güclənməsi müvəqqətidir və tezliklə qiymətdən düşəcək, deyə “Respublika Alternativi” (REAL) hərəkatının icraçı direktoru iqtisadçı Natiq Cəfərli bildirib.

Ekspert Turan müxbiri ilə söhbətində deyib ki, dünyanın başqa maliyyə bazarlarında manatın ucuzlaşması ABŞ-ın daxili problemləri və Trampın qərarları ilə bağlı olsa da, Azərbaycanda inzibati qərarlarla əlaqədardır.

«Manatın güclənməsinin iqtisadi əsasları yoxdur. Ölkə idxaldan asılıdır. Azərbaycan dolları yalnız SOCAR sayəsində alır», deyə o bildirib.

İqtisadçı hesab edir ki, bu, AMB-nin monetar siyasətinin sərtləşməsinin nəticəsidir. Pul kütləsi azalıb, manat qıtlığı yaradılıb. AMB depozit hərraclarında manat toplayır.

N.Cəfərli qeyd edib ki, fevralın II yarısından büdcə xərcləri başlayacaq və manat həcmi artacaq. Martda 9 gün qeyri-iş günü olacaq, çoxları xaricə gedəcək. İqtisadçının fikrincə, bu, xarici valyutaya tələbatı artıracaq.

Qeyd edək ki, manatın məzənnəsi 2016-cı ilin oktyabrından düşürdü, fevralın əvvəlində cüzi möhkəmlənmə olub.

Hazırda dolların rəsmi məzənnəsi 1,9111 manatdır. Banklar dolları əhalidən 1,86-1,88 manata alıb 1,92-1,94 manata satır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir