Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Peşəm mənim karyeramdır – gənc qızlara dəstək verildi – FOTOLAR

Peşəm mənim karyeramdır - gənc qızlara dəstək verildi - FOTOLAR“SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Peşəm mənim karyeramdır” gənc qızlara dəstək”adlı layihəyə yekun vurulmuşdur.

Layihə Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən və fəaliyyət göstərən 5 peşə təhsili müəssisələrini(5, 10, 12, 13, 18 saylı) əhatə etmişdir. Hər peşə təhsili müəssisəsindən 25 nəfər gənc qızın iştirakı ilə həyata keçirilən layihədə onların aldıqları peşələr üzrə əl işləri nümayiş olunmuşdur. Məhz layihənin əsas məqsədi gənc qızların peşələrə yönləndirilməsi olduğundan layihənin də əsas iştirakçıları qızlar olmuşdur.

Son dövrlərdə Azərbaycan Respublikasının iqtisadi potensialının sürətlə yüksəlişi, bazaryönumlü islahatların dərinləşməsi və regionların inkişafındakı müsbət dəyişikliklər, bütövlüklə ölkə iqtisadiyyatında müşahidə olunan müasir meyillər texniki peşə sistemi qarşısında yeni tələblər irəli sürür. “AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” İNKİŞAF KONSEPSİYASI-da qeyd olunduğu kimi, istənilən iqtisadi artımın məqsədi sosial rifahın yüksəldilməsidir. Bu baxımdan, sosial sahələrin və insan kapitalının inkişafı Konsepsiyada əsas prioritetlərindən biri kimi təsbit olunmuşdur. Layihə də məhz bu konsepsiyadan qaynaqlanaraq həyata keçirilmişdir. Nəzərə alsaq ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ailənin inkişafı, gənclərin potensialının inkişaf etdirilməsi bu prioritet çərçivədə əsas istiqamətlərdən biridir. Gənc nəslin iş bacarıqlarının inkişafı məqsədi ilə gənclərin əmək və iqtisadi əlaqələrə erkən yiyələnməsi üçün səmərəli şərait yaradılmasına ehtiyac var.

Layihə rəhbəri Nailə İsmayılovanın verdiyi məlumata görə layihə çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və İşəgötürənlərlə İş Şöbəsi əməkdaşları Nigar İsmayılzadə və Gənirə İsmayılova, eyni zamanda peşə təhsili müəssisələrinin müəllimləri iştirak etmişdirlər.

Faktor.az

1
1
1
1
1

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir