“Avroviziya” rəhbərliyi erməni separatçılarından üzr istəyib
Avropa Yayım Şurası ötən gün açıqladığı “qadağan olunmuş bayraqlar” siyahısını ləğv edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hətta Yaym Şurası buna görə üzr də istəyib.Şura “qadağan olunmuş bayraq”ların geniş ictimaiyyət üçün nəzərdə tutulmadığını bildirib.
Xatırladaq ki, bundan öncə, “Avroviziya” rəhbərliyi mayın 22-də İsveçdə keçiriləcək final yarışması zamanı separatçı “Dağlıq Qarabağ Respublikası”nın, Kosovonun, Krımın və Basklar ölkəsinin bayrağını arenaya gətirməsini qadağan etmişdi.
Yenifakt.info
Müstəqil xəbərlər portalı