Milyarder biznesmen Donald Tramp ABŞ-ın 45-ci prezidenti kimi and içib.
Trampın ailə tövratı üzərinə əl qoymaqla andını Ali Məhkəmənin baş hakimi Con Roberts qəbul edib. Onun vitse-prezidenti Maykl Pens isə Ali Məhkəmənin hakimi Klarens Tomas qarşısında and içib.
Tramp çıxışına mərasimə qatılan keçmiş prezidentlərə və Amerika xalqına təşəkkürlə başlayıb. O Barak və Mişel Obamalara xüsusi minnətdarlıq edib.
“Bu sadəcə prezidentlərin, partiyaların dəyişməsi yox, hakimiyyətin Vaşinqtondan xalqa verilməsidir” – deyə Tramp bildirib.
O deyib ki, Amerika indiyədək xarici şirkətləri varlı edib, özü isə iş yerlərini itirib, sənaye xaricə köçüb. Orta sinfin sərvəti qarət olunub və bütün dünyada paylaşılıb… “Bu gündən Amerika birinci olacaq” – deyə o vurğulayıb.
“Amerika yenidən qalib gəlməyə başlayacaq, əvvəllər olmadığı kimi qalib gəlməyə başlayacaq. Biz iş yerlərimizi, sərhədlərimizi, sərvətimizi, arzularımızı geri qaytaracağıq. Biz köhnə müttəfiqliklərimizi gücləndirəcək və yenilərini yaradacağıq. Biz öz həyat tərzimizi başqalarına qəbuil etdirməyəcəyik, amma nümunə olacağıq”, – deyə Tram bəyan edib.