Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Qaradağ rayonunda aksiya – Sakinlər yolu bağladılar (VİDEO)

Bir neçə dəqiqə öncə Bakının Qaradağ rayonunda sakinlər Bakı-Astara magistral yolunu bağlayıb.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sakinlər yerüstü keçidin tikilməsini tələb ediblər:

“Üç gün öncə Səngəçal qəsəbəsi ərazisində 9 yaşlı oğlanı maşın vurub, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Bu gün isə qəsəbə sakinləri həmin hadisə ilə bağlı toplaşıblar. Onlar ərazidə yerüstü piyada keçidinin tikilməsini tələb ediblər. Sakinlərin toplaşması bir müddət yol hərəkətinə mane olub. Hazırda isə avtomobillərin hərəkəti bərpa edilib”.

Bu gün həmçinin Bakının Şərifzadə küçəsində yüzlərlə məcburi köçkünün qatıldığı etiraz aksiyası olub.

 

Bastainfo.com

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir