Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

REAL sədri İlqar Məmmədovu azadlığa buraxılmadı.

Aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi REAL sədri İlqar Məmmədovu azadlığa buraxmayıb.

Bu barədə REAL sədrinin katibi Azər Qasımlı bildirib.iuyf

Qeyd edək ki, bu gün keçirilən prosesdə Müsavat başqan müavini Tofiq Yaqublunun işi də yenidən baxılması üçün həmin məhkəmə orqanına qaytarılıb.

Xatırladaq ki, Tofiq Yaqublu və İlqar Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Müdafiə tərəfi qərardan kassasiya şikayəti verib və onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılmasını istəyib. Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov və Tofiq Yaqublu barəsindəki qərarı ləğv edilib, işə yenidən baxılması üçün həmin məhkəmə orqanına qaytarılıb.

Qeyd edək ki, Tofiq Yaqublu Novruz bayramı ərəfəsində prezidentin imzaladığı əfv sərəncamına ilə azadlığa buraxılıb, lakin bəraət üçün tələbini geri götürməyib.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir