Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Polis mayoru vətəndaşı söydü, sonra həbs etdi – Video (18+)

Şirvan şəhərində Dövlət Yol Polisinin vəzifəli şəxslərindən biri, polis mayoru  Məmmədsadiq Nagıyev şəhərdəki telefon dükanlarından birinin sahibi Anar Məmmədovu yerli polis bölməsinin binasında əvvəl ağır söyüşlərlə təhqir edib,  sonra isə həbs edib. Anar Məmmədovun polis bölməsində həm də döyüldüyü bildirilir.
“Anar Məmmədov dostunun avtomobilində sərnişin olub. Sürücü dostunun DYP mayoru ilə mübahisəsini telefona çəkdiyi üçün onu bölməyə aparıblar. Bölmədə polis mayoru onu söyməyə başlayıb, bundan sonra isə onu həbs ediblər. Bu video polis bölməsində çəkilib. DYP-də eyni binada yerləşir”, – mənbə bildirir.
Məlumata görə, Anar Məmmədov polisə müqavimət göstərməkdə ittiham olunur və ondan azadlığa çıxması müqabilində 1000 manat tələb edilir.
Şirvan polis bölməsinin növbətçi hissəsində hadisə ilə bağlı sualımıza cavab verməkdən imtina ediblər.
18+
 
bastainfo.com

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir