Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Sosial-iqtisadi

2016-cı ildə Rusiyada neft hasilatı rekord həddə çatıb

2016-ci ildə Rusiyada neft hasilatı rekord həddə – 547,499 mln. tona qədər artıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Yanacaq Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinə istinadən “İnterfax” məlumat yayıb.

Beləliklə, ötən il Rusiyada neft hasilatı səviyyəsi 2015-ci il ilə müqayisədə 2,5% artıb. Bununla yanaşı qeyd olunur ki, 2016-cı ilin fevralında 2015-ci ilin fevralı ilə müqayisədə 1 gün çoxdur.

2016-cı ildə Rusiyada orta sutkalıq neft hasilatı 10,9 mln. tondan çox olub. Ölkədə qaz hasilatı 640 mlrd. kubmetrə çatıb ki, bu da 2015-ci il ilə müqayisədə 0,7% çoxdur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir