Bu gün İstanbulun ən böyük mitinq meydanlarından biri olan “Yenikapı”da təşkil edilən “Demokratiya və Şəhidlər mitinqi”ndə Azərbaycan bayrağı dalğalanıb.
Yerli mətbuat xəbər verir ki, mitinqə qatılanlara kürsüdən Türkiyə bayrağından başqa digər ölkə və siyasi partiya bayraqlarının yığışdırılması anons edilib.
Məlumata görə, meydanda Azərbaycan, Əfqanıstan, Albaniya və hətta Azad Suriya Ordusunun bayrağı nəzərə çarpıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iş adamları ilə keçdirdiyi iclas zamanı avqustun 7-də təşkil olunacaq mitinqdə Türkiyə bayrağından başqa Şimali Kipr Türk Cumhuriyyəti və Azərbaycan bayraqlarının da mitinqdə dalğalana biləcəyini vurğulamışdı.