Yenifakt.info

Müstəqil xəbərlər portalı

Müsahibə

Roman Məmmədov: “Ölkədə susdurmaq istədiklərini ya öldürürlər ya da həbsə atırlar”

 

RATİ əməkdaşları ailə üzvlərinin həyatı təhlükə qarşısında

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) qurumun əməkdaşı Rasim Əliyevin ölümündən sonra bu ölüm işini media və sosil şəbəklər vasitəsilə pisləyən RATİ əməkdaşları və ailə üzvləri ciddi təhdid altına düşüb. Bu barədə Günay İsmayılova saytımıza açıqlamasında deyib. O deyib ki, ona Rasim Əliyevin ölümü ilə bağlı susmağı “məsləhət” bilirlər. Deyiblər ki, məsələni şişirtməyə və siyasiləşdirməyə ehtiyac yoxdur. Əks halda onu və ailə üzvlərini xoşagəlməz sürpriz gözləyə bilər. G. İsmayılova onu ittiham edənlərin kimliyinə gəlincə “onları hamı tanıyır” deyib.

Eyni vəziyyət RATİ-nin digər üzvü Roman Məmmədovla bağlıdır. Naməlum şəxslər avqustun 27-də axşam saatlarında yaşadığı binanın həyətində ona yaxınlaşaraq “ağıllı olmağı” və “susmağı” tövsiyyə ediblər: “Dedilər ki, evinin də yerini bilrik, ailənin də kimliyini bilirik. Ölən ölüb, amma sən özünü və yaxınlarını öldürməyə məcbur eləmə. Dilini sakit qoy, hörmətli adamların adını çəkib başından böyük qələt eləmə. Sonra məni sinəmdən itələyib getdilər”. O deyib ki, birinci dəfə deyil ki, fiziki təzyiqlərə və hədələrə məruz qalır. Roman Məmmədov bildirib ki, ən çox ailə üzvlərinə görə narahatdır. Ailə üzvləri onun üzündən bundan əvvəl də əziyyət çəkiblər. O RATİ_də işləyəndən bəri ailəsinin basqılardan stress keçirdiyini deyir.

Bir müddət öncə həmkarı Rasim Əliyevin ölümündə birbaşa Prezident İlham Əliyevi ittiham etməsindən sonra maşınına narkotik maddə və ya silah atılması, sonradan isə həbs olunması versiyasını istisna etməyib: “Ölkədə susdurmaq istədiklərini ya öldürürlər ya da həbsə atırlar. Əliyev hakimiyyəti bundan başqa nəyi yaxşı bacarır ki?” deyə o bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir