Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Cari ilin noyabr ayında SOCAR 618 min ton neft hasil edib

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin yanvar-noyabr aylarında 6 mln. 935,1 min ton neft hasil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 8,6% azdır. Bu barədə SOCAR-dan məlumat verilib.

Cari ilin noyabr ayında SOCAR 618 min ton neft hasil edib.

Ümumilikdə, 2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycan üzrə neft hasilatı 37 mln. 719,3 min ton (azalma 1,4%), həmçinin noyabrda 2 mln. 998,3 min ton təşkil edib.

2015-ci ildə SOCAR 8 mln. 160,5 min ton neft hasil edib, Azərbaycan üzrə hasilatın həcmi 41 mln. 689 min ton təşkil edib.

Azərbaycan hökuməti 2016-cı ildə neft hasilatının həcmini 40 mln. 744.9 min ton səviyyəsində proqnozlaşdırır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir