Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Bakıda təqaüddə olan polis əməkdaşı döyülüb

Bakı sakininə qarşı quldurluq edilib. Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Həsənov İlham Əvəzoğlu evə gedərkən “Anar” şadlıq evinin arxa hissəsində naməlum şəxslər tərəfindən döyülüb. Onun üzərindəki mobil telefon və pul aparılıb.

Qeyd edək ki, İ.Həsənov Daxili İşlər Nazirliyində (DİN) çalışıb. O, ötən il təqaüdə çıxıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir