“Deputatları dinlədikcə Milli Məclisin hansı durumda olduğunu hamı görür, ona görə də bəlkə onların dediklərinə fikir verməmək lazımdır
Ancaq düşünəndə ki, bunlar milləti sözün əsl mənasında dolayırlar susmaq olmur. Deputat Hüseybala Mirələmov deyir ki, “adamlar var ki, ət, balıq, çörək yemir ki, formada qalsın. Demək istəyirəm ki, çox yemək insanı tez qocaldır. Az yemək lazımdır”. Bunu başa düşdüm. Maraqlıdır görəsən H.Mirələmov öz formasını saxlamaq üçün nə qədər yeyir? Boyunun uzunu və çəkisi nə qədərdir? Bəzi ataların, körpə balalarının istədiklərini ala bilmədikləri üçün utandıqlarından evə, uşaq yatandan sonra girməsindən deputatın xəbəri varmı? H.Mirələmova məlumat üçün bildirirəm ki, məsələn mənim boyum 180 sm, çəkim isə 77 kiloqramdır.”
Aslan İsmayılov, tanınmış hüquqşünas
Yenifakt.info
Müstəqil xəbərlər portalı