Şamaxı şəhərində qadınlar üçün Mədən Hasilatında Şəffaflıqla bağlı informasiya sessiyası keçirildi.
“Şamaxı şəhərində qadınlar üçün Mədən Hasilatında Şəffaflıqla
bağlı informasiya sessiyası keçirildi”.
Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi çərçivəsində 06 oktyabr 2016-cı il tarixində Şamaxı rayonunda informasiya sessiyası keçirdi.
Şamaxı rayonu Uşaq Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə 30-dan artıq təhsil, səhiyyə, mədəniyyət, kitabxana, muzey və s. sahələri təmsil edən qadınlar iştirak etdilər.
L.Məlikova ilk öncə icra olunan layihəyə dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirdi. O, təşkilatın daim qadınlarla bağlı layihə icra etdiyini bildirdi və qadınların maarifləndirilməsinin vacibliyini vurğuladı. Daha sonra L.Məlikova qlobal miqyasda şəffaflıq təşəbbüsünün meydana gəlməsini və burada məqsədin korrupsiyaya qarşı və şəffaf xərcləməyə yönəlik olduğunu bildirdi. Layihə rəhbəri yoxsulluğun azaldılması üçün şəffaflığı yeganə texnologiya olduğunu bildirdi. Bundan sonra söz tədbirin məruzəçisi, Mədən Hasilatında Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının üzvü Xalid Kazımova verildi. X.Kazımov şəffaflıq mövzusunda hazırladığı təqdimatla neft gəlirlərinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətini rəqəmlərlə və vizual slaydlarla təqdim etdi. Daha sonra o, şəffaflıq təşəbbüsünün Azərbaycanda tətbiq olunmasını, o cümlədə bu yöndə Azərbaycanın 18 hesabat açıqladığını və prosesdə vətəndaş cəmiyyətinin aktivliyini qeyd etdi.
X.Kazımov neft istismarından 135 milyard dollar gəlir əldə olundğunu və səmərəli xərcləmənin vacib olduğunu qeyd edərək, bir çox hallarda səmərəsiz xərcləmələrin də vacibliyini vurğuladı.
Tədbirin ikinci məruzəçisi Rafiq Təmrazov üzvü olduğu Çoxtərəfli Qrupun fəaliyyətindən danışdı və vurğuladı ki, hökumət, şirkətlər və vətəndaş cəmiyyəti kimi QHT koalisiyasının üzvlərindən ibarət bu struktur ölkədə şəffaflıq təşəbbüsünü idarə edən strukturdur. R.Təmrazov bütün məsələlərin Çoxtərəfli Qrupda konsensusla qəbul edildiyini, vətəndaş cəmiyyətinin problemlərinin burada müzakirə olmsını qeyd etdi. Eyni zamanda Azərbaycanın şəffaflıq prosesində iştirakıyla əhəmiyyətli addımları sadaladı və qeyd etdi ki, 2015-ci ildə Azərbaycanın statusu aşağı enib və cari il ölkə üçün bu baxımdan əhəmiyyətlidir. Sonda R.Təmrazov Koalisiyanın fəaliyyət istiqamətlərini də şərh etdi.
Tədbirin sonunda isə iştirakçılar onları maraqlandıran məsələlərə dair suallar verdilər və qarşılıqlı müzakirə şəklində tədbir başa çatdı.
Regional insan Hüquqları və Media Mərkəzi
İctimai Birliyinin Mətbuat Xidməti