Hüquqşunas, keçmiş siyasi məhbus İntiqam Əliyevə daha bir beynəlxalq mükafat verilib. Bu barədə Abzas.net-ə İntiqam Əliyevin oğlu, ictimai fəal Nəcmin Kamil məlumat verib.
O bildirib ki, ictimai maraqların müdafiəsi sahəsindəki fəaliyyətinə görə “PILnet” təşkilatı İntiqam Əliyevə “Publico” mükafatı təqdim edib. Mükafat 300-dən çox vəkilin, hakimlərin, QHT və hüquq firmaları rəhbərlərinin qatıldığı “European Pro Bono Forum”-da təqdim olunub.
İntiqam Əliyevin ölkədən çıxışına qadağa qoyulduğuna görə, mükfatın təqdim etməsində Nəcmin Kamil iştirak edib.
Qeyd edək ki, PILnet ictimai maraqların müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatların şəbəkəsidir. Mükafat yeni təsis olunub və birinci laureatı İntiqam Əliyevdir.