Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

9 ildir ki, məhkəmə qərarını yerinə yetirməyən Gədəbəy rayon icra başçısı cəzasız qalıb

11202870_863435073802309_1530543892610439309_n90-cı ilin sonlarında ölkədə aparılan torpaq islahatları nəticəsində Gədəbəy rayonunun Arıqdam kəndinin sakinlərinə də torpaq sahələri verilmişdi.Lakin 2007-ci ildə  Gədəbəy rayon icra hakimiyyəti və Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı şirkəti iddia ediblər ki,həmin torpaqlar guya,əvvəlcədən torpaq mülkiyyətçilərinə yox, qızıl zavoduna verilib (Mülkiyyətçilərdə Torpaq Aktı var),Və bu hesabdan da tələb ediblər ki,mülkiyyətçilər torpaqları geri qaytarsınlar. Bununla əlaqədar torpaq mülkiyyətçiləri məhkəməyə müraciət ediblər və Gədəbəy Rayon məhkəməsinin 11 Oktyabr 2007-ci il tarixli qətnaməsinə əsasən, Gədəbəy Rayonun Arıqdam kəndinin 150 nəfər mülkiyyətçisinin Dövlət Aktları ləğv edilmiş, bu torpaqlar dövlət mülkiyyətinə qaytarılmış və mülkiyyətçilərə verilmiş  “əvvəlki torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarında olan ölçülərə uyğun olaraq mülkiyyətçilərə başqa sahədən torpaq sahəsi ayrılması” Qərara alınmışdı. Lakin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi isə hələ də, müvafiq torpaq sahəsinin olmaması bəhanəsi ilə icra olunmayıb.Eyni zamanda rayon icra hakimiyyəti mülkiyyətçilərdən geri alınmış torpaq sahələrinin əvəzinə kompensasiya da ödəmək istəmir.Maraqlı odur ki, qızıl zavodunun mülkiyyətinə verilmiş kimi geri alınmış torpaqlar,icra hakimiyyətinə verilib,icra hakimiyyəti isə bu torpaqları qızıl zavoduna icarəyə verib.

Gədəbəy Rayon məhkəməsinin 11 Oktyabr 2007-ci il tarixli və 05.07.2012-ci il tarixli qətnaməsi həmin vaxtdan qanuni qüvvəyə minsə də və İcra vərəqi verilsə də Gədəbəy Rayon icra Hakimiyyəti məhkəmə qərarını hələ də yerinə yetirməmişdir. İcra hakimiyyəti “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü  və 84.4-cü maddəsinəi  pozaraq məhkəmə qətnaməsini yerinə yetirmir ,mülkiyyətçilər isə, hələ də müxtəlif qurumlara şikayət etməklə öz qanuni hüquqlarının bərpasına çalışırlar!

 

Mülkiyyətçilərin hüquqlarını məhkəmədə  NHMT hüqquqşünası Azər Quliyev müdafiə edir

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir