WikiLeaks-in yaradıcısı Julian Assanc hesab edir ki, Respublikaçılar partiyasından prezintliyə namizəd Donald Trampın qələbə şansı yoxdur. “Tramp qalib gələ bilməz. Çünki onun tərəfində yevangelistlərdən başqa heç kim qalmayıb”, – deyə Assanc bildirib.
Assancın sözlərinə görə, Trampın opponenti, Demokratlar partiyasının namizədi Hillari Klinton daha yaxşı dəstəyə malikdir.
“Banklar, kəşfiyyat, hərbi şirkətlər, xarici investorlar – hamısı Klintonun ətrafında birləşib. O cümlədən mətbuat, media rəhbərləri və jurnalistlərin özləri”, – deyə o əlavə edib.(azadlıq.info)