Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

“Azərsu” Gəncədə almanların pulunu mənimsəyib

????????????????????????????????????

FƏHLƏLƏR İŞİ DAYANDIRIB, KÖÇKÜNLƏR ÜSYANA HAZIRLAŞIR

Gəncə şəhərində Kəlbəcər rayonundan olan məcburi köçkünlərinin yaşadığı Gülüstan qəsəbəsində su-kanalizaya çəkilişi maliyyə səbəblərindən dayandırılıb. Bu ilin əvvəlindən başlayan investisiya layihəsində yalnız qazıntı işləri aparılıb. Bununla qəsəbədaxili və əsas yolların hamısı bərbad vəziyyətə düşüb.
Araşdırmamız zamanı məlum olub ki, işlərin dondurulmasının səbəbi işçilərin əməkhaqlarının bir neçə aydır verilməməsidir. Buna etiraz olaraq fəhlələr işi yarımçıq dayandırıb, texnikalar yolların kənarında, səkilərdə qalıb.
İşləri həyata keçirən şirkətlə bağlı araşdırma aparmağa çalışdıq. Lakin tenderlərlə dair reyestrdə bununla bağlı məlumata rast gəlmədik.
Xatırladaq ki, bu layihə “Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilir. Layihənin əsas donoru Almaniyanın KFW Bankı , İsveçrənin SECO təşkilatı və Azərbaycan hökumətini təmsil edən tərəf “Azərsu, zəmanət verən isə Maliyyə Nazirliyidir.
Beynəlxalq maliyyə təşkilatı ilə “Azərsu” ASC bu layihəni 4 mərhələdə icra etməli idi. Buraya həm Almaniya bankının krediti ilə yanaşı, dövlət büdcəsindən vəsait ayrılması proqnozlaşdırılıb.
Bankın məlumatına görə, ümumilikdə 400 milyon avrodan çox yatırımdan söhbət gedir. Birinci mərhələ üçün 55.4 milyon avro ayrılıb. İkinci və üçüncü mərhələ üçün-hansı ki, hazırda icra olunur- 140 milyon avro kreditin ayrılmasından bəhs edilir. Sonuncu-dördüncü mərhələ üçün 120 milyon avroluq kredit xəttinin ayrılması nəzərdə tutulur.
az1
Beləliklə, “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulamlıdır.
Əslində, Gəncə şəhərində layihənin birinci mərhələsi çərçivəsində də (2011-2014) işlər həyata keçirilib. Bu müddət ərzində rəsmi məlumatalara görə, Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb, Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilıb və mənbədən anbara qədər 24,5 km uzunluğunda magistral kəmər çəkilib. Bu mərhələ üzrə tikinti işləri 2014-cü ilin sentyabrında başa çatdırılıb.
Burada ən maraqlı məqamlarda biri odur ki, Almaniya Bankının krediti ilə reallaşan layihənin podratçısı elə almanların “Dornier-Schneider Consultinq GmbH”i olub. Ümumiyyətlə, “Azərsu”nun digər layihələrində də müxtəlif alman şirkətlərinin adlarına rast gəlmək olur.
qorxmaz
Bəzi mənbələr isə həmin şirkətlərin əslində “Azərsu” rəhbəri Qorxaz Hüseynovun yaxın qohumlarıın adına özünə məxsus olduğunu söyləyib.
Növbəti mərhələlərdə də Gəncənin su və kanalizasiya sisteminin yenidənqurulmasında böyük işlərin görülməsi nəzərdə tutulub. Gəncə və Şəki şəhərlərinə birgə layihənin 2-ci və 3-cü mərhələlərinin reallaşması üçün 102 milyon avro (100 mln avro kredit, 2 mln avro qrant) vəsaitin ayrılmasına dair saziş imzalanıb. Onun 43 milyonu Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya şəbəkələrinin bərpasına, 57 milyonu hər iki şəhərdə çirkab sutəmizləyici qurğuların inşasına sərf olunacaq. 2 milyon avro məbləğində qrant isə “Gəncə” və “Şəki” Sukanal Törəmə Səhmdar Cəmiyyətlərinin 2 il müddətinə idarəedilməsinə sərf olunacaq.
Layihə üzrə tikinti-quraşdırma işlərinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur. Lakin dediyimiz ləngimələrlə işlərin daha da uzanacağı görünür.
Işlərin ləngiməsi nəinki layihənin gecikməsinə, yerli sakinlərin yaşayını da dözülməz vəziyyətə gətirib çıxarb. Gülüstan qəsəbəsinin məcburi köçkünləri yağışlardan sonra yolların bərbad vəziyyətdə düşməsinə, hər-tərəfin qazılması nəticəsində torpaq səhtlərində böyük gölməçələrin əmələ gəlməsinə etiraz edirlər. Məhz bu səbəbdən köçkünlər magistral yolu bağmaq fikrindədirlər və ölkə rəhbərliyinə, müvafiq dövlət qurumlarına müraciət etməyə hazırlaşırlar. Fəhlələr isə maaşlaının verilməyəcəyi təqdirdə işi davam etdirməyəcəklərini deyirlər.
Bəs, yanarmış problemin əsas günahkarı kimdir? Podratçı şirkətmi, ya “Azərsu” ASC-mı?
Öncə podratçı şirkət haqqında məlumat öyrənmək istədik. Lakin “Azərsu” ASC-nin mətbuat xidməti Anar Cəbrayıllı suallarımızdan yayındı və cavab vermədi.
Tender elanlardan məlum olur ki, burada benefisiar “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətidir. Yəni sözügedən TSC “Azərsu” ilə podratçı şirkət arasında sifarişi qəbul edib-ötürən tərəfdir. Podratçı şirkər ilə yanaşı, subpodraçı şirkətlər də iştirak edir. İndiyədək aparılan təcrübələrdən onu görmək olur ki, belə maliyyə problemlərinin yaranmasının əsas səbəbləri sifariçı (burada “Azərsu”) tərəfindən benefisiar və podratçı şirkətlərə vəsaitin ödənilməməsi olur. Təəssüf ki, son iki ildə yaranmış maliyyə böhranı ilə əlaqədar dövlət səviyyəsində icra edilən əksər investisiya layihələrində bu kimi hallar sıx-sıx müşahidə olunur. Şirkət isə xərcləri işçilərin əmək haqlarını verməməklə ixtisar etməli olur.
Bu prosesdə isə günahı dövlət büdcəsinin maliyyə çətinliyi ilə əlaqədirmək mümkün deyil. Çünki pulu dövlət deyil, xarici donor verir və vəsait hökumətin hesabına mərhələli köçürülür. Yəni hər hansı maliyyə qıtlığından danışıla bilməz. Deməli, şübhə yaradan məqam tək məqam mənimsə faktıdır. (Gununsesi.info)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir