Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Rüfət Səfərovun məhkəməsi təxirə salındı

rufet-seferov1-300x200Bu gün Şirvan apellyasiya məhkəməsində Rüfət Səfərovun apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı keçirib. Hakim Ələsgər Novruzovun sədrliyi
İlə baş tutan proses Rüfət Səfərovun iştirakının təmin olunmaması üzündən noyabrın 17-i saat 10:45-ə təxirə salınıb.
Dövlət ittihamçısı Samir İsmayılov təqsirləndirilən şəxsin iştirakı olmadan prosesin keçirilməsini bildirsə də müdafiə tərəfi buna etiraz bildirib. Vəkil Bəhruz Bayramov Rüfət Səfərovun iştirakının vacib olduğunu bildirib. Hakim söz-söhbətin yaranmamasını qeyd edərək növbəti prosesdə Rüfət Səfərovun iştirakının təmin edilməsi barədə qərar qəbul edib.(azadlıq.info)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir