Rusiya öz hərbi gəmilərinin İspaniyanın Seuta limanında yanacaqla təchiz olunması barədə müraciətini geri çağırıb, İspaniyanın Xarici İşlər Nazirliyi bildirir.
Rusiyanın 3 hərbi gəmisinin Seuta limanına daxil olacağı barədə planlar ləğv olunub.
Bundan əvvəl Nato üzvləri İspaniyanı Suriyaya yollanan Rusiya hərbi gəmilərinin yanacaqla təchiz olunmasına icazə verməməyə səsləyiblər.
İspaniya Rusiya gəmilərinə Afrikadakı Seuta limanına daxil olmağa icazə versə də, bu barədə qərarın yenidən nəzərdən keçirdiyini bildirib.
Britaniya bildirir ki, Rusiya hərbi gəmilərinin İspaniya anklavında yanacaqla təchiz olunması “son dərəcə narahatedici” addım olardı.
Nato narahatdır ki, Suriyaya üz tutan Rusiya hərbi gəmiləri Hələbdəki dinc əhalinin bombalanması üçün istifadə oluna bilər.
“Narahatlıq bundan ibarətdir ki, Kuznetsov təyyarədaşıyıcısı Hələbdəki mülkilərə qarşı hava zərbələrini artırmaq üçün istifadə oluna bilər”, – Nato-nun baş katibi Jens Stoltenberg bildirib.
Ötən həftə hərbi səfərə çıxan Rusiya gəmilərinin karvanı Aralıq dənizinə doğru üz tutur.
Hərbi gəmilər Cəbəllütariq boğazını çərşənbə günü keçməlidirlər.
Bundan sonra karvan Mərakeş sahillərindəki İspaniya anklavı olan Seuta limanında yanacaq və ehtiyat tədarükünü yeniləməlidir. Onların arasında Admiral Kuznetsov təyyarədaşıyıcısı da var.
(bbc azəri)