Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Qrantların verilməsi zamanı “Vahid pəncərə” haqqında yeni fərman heç nəyi dəyişdirmir

102100172522İlham Əliyev oktyabrın 21-də Azərbaycan ərazisində xarici qrantların verilməsi zamanı ““Vahid pəncərə” prinsipinin tətbiq edilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən, bu qayda 1 yanvar 2017-ci il tarixindən etibarən qüvvəyə minəcək.

Kommersiya qurumlarına münasibətdə İqtisadiyyat Nazirliyi, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyi əlaqələndirici dövlət orqanı təyin edilir.

Nazirlər Kabinetinə qrantın verilməsinin mali-iqtisadi cəhətdən məqsədəuyğunluğu haqqında rəy verilməsi prosedurunu sadələşdirmək, onun həm xarici donorun, həm də alıcının müraciəti əsasında verilməsini təmin etmək tapşırılıb.

Hökumətə iki ay ərzində bu fərmanın həyata keçirilməsi üzrə təkliflər hazırlamaq tapşırılıb.

Bu fərmanı Turan agentliyinə şərh edən hüquq sahəsində ekspert Ələsgər Məmmədli qeyd edib ki, bu sənəd “prinsip etibarilə hazırki vəziyyətdə heç nəyi dəyişmir”.

Birincisi qrantların üç dövlət idarəsi tərəfindən qeydiyyatı qaydası əvvəlki kimi saxlanılır və “vahid pəncərə” deyil, “üç pəcərə” prinsipi alınır.

İkincisi qrantların mali-iqtisdi cəhətdən məqsədəuyğunluğu haqqında rəy verilməsi qaydası saxlanılır. Yəni əvvəlki kimi hökumət bu və ya digər qrantın həyata keçirilib-keçirilməyəcəyinə qərar verir.

Rəyləri Maliyyə Nazirliyi əvvəlcədən qəbul edilmiş xarici donor yardımının göstərilməsi prinsiplərinə uyğun olaraq verəcək. Bu prioritetlər arasında insan hüquqları, demokratiya və korrupsiyaya qarşı mübarizə yoxdur.

Hüquq müdafiə aspekti məcburi köçkünlər probleminin həlli mövzusu, mədəniyyət sahəsində, sosial sahədə və s. layihələrlə məhdudlaşıb.

Beləliklə, Məmmədlinin sözlərinə görə, fərman vətəndaş cəmiyyəti üçün mühiti yaxşılaşdırmayacaq. Vətəndaş cəmiyyətinin işində əlverişli şərait yaratmaq üçün, ilk növbədə, qanunvericiliyi dəyişdirmək, son illər qəbul edilmiş mürtəce düzəlişləri ləğv etmək lazımdır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir